İcra başçısının "əcaib” tapşırıqları artıq şəhər sakinlərini canına doyurub

Nədənsə Sumqayıt şəhərinin icra başçılarından bəxti gətirmir. Şəhərə hər yeni təyin olunan icra başçısı özlərinin gətirdikləri özləliklləri ilə yadda qalır. Sonuncu icra başçılarının yerdəyişməsindən sonra Sumqayıt sakinləri bu səfər də ümid edirdilər ki, yeni icra başçısı Zakir Fərəcov bəlkə şəhərdə qayda-qanun yarada. Lakin bu baş vermədi. Əksinə şəhərin yeni icra başçısı təyin olunan Zakir Fərəcov artıq "əcaib” tapşırıqlar verməyə başlayıb. Bu isə yenidən şəhər sakinlərini yeni problemə salıb. Yenizaman.az-a şəhəri sakinlərinin verdiyi məlumata görə, Zakir Fərəcov Sumqayıtın keçmiş "trolleybus parkı”nın ərazisin nəməlum sahibkara satdığı üçün həftənin çərşənbə və şənbə günləri təşkil olunan kənd təssərüfatı yarmarkasın 8-ci mikrarayon ərazisinə saldırıb. Bu isə əsl "fəlakətə” gətirib çıxardıb. Mikrarayon sakinlərinin sözlərinə görə, həftənin çərşənbə və şənbə günləri onlar üçün evlərində qalmaq "cəhənnəm əzabına” çevrilib. Səbəb isə ərazidə gigiyenik qaydalara qətiyyən riayyət olunmadığından, kəskin üfunət iyi mikrorayonda yaşayan minlərlə sakinin gününü qara etməsidir. Sakinlər bildirir ki, çərşənbə və şənbə günləri rayonlardan yüklü gələn avtomobillər mikrorayon ərazisinin küçələrini zəbt edirlər, piştaxtalar yolun ortasına düzüldüyündən sakinlər evlərinə çətinliklər keçib gedirlər.
Bundan əlavə şəhər sakinlərinin sözlərinə görə, Zakir Fərəcov Sumqayıtın giriş hissəsində 50 ilə yaxın olan yaşıllıqları məhv etmək qərarına gəlib. İcra başçısının tapşırığına görə, yolun genişləndirilməsi üçün ağaclar kütləvi şəkildə kəsilir.
N.CƏFƏRLİ
.