Ermənistan Avropa İttifaqının (Aİ) nümayəndə heyətinə Azərbaycanla sülhün institutsionallaşdırılması istiqamətində addımları və regional əməkdaşlıq imkanlarını təqdim edib.
"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun nümayəndələri ilə görüşünün yekunlarına əsasən Ermənistan XİN-dən bildirilib.
Görüş zamanı Ermənistan-Aİ tərəfdaşlıq gündəliyi, Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA), eləcə də Strateji Tərəfdaşlıq Gündəliyinin həyata keçirilməsi müzakirə olunub.
Tərəflər həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığı, "Connectivity Partnership", nəqliyyat infrastrukturu sahəsində Ermənistan və Aİ-nin tərəfdaşlıq proqramını, o cümlədən Ermənistanın regional nəqliyyat şəbəkələrinə inteqrasiyasını müzakirə ediblər.
Görüşdə Ermənistan tərəfi Azərbaycanla sülhün institutsionallaşdırılması istiqamətində addımları və regional əməkdaşlıq imkanlarını təqdim edib.
.
