ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon sentyabrın 28-də Bakıda fəaliyyət göstərən aparıcı media qurumlarının nümayəndələri ilə nahar görüşü keçirib.
Qeyri-rəsmi formatda baş tutan görüşdə milli medianın cəmiyyətdəki mühüm rolu, eləcə də ABŞ Səfirliyi ilə Azərbaycan mediasının nümayəndələri arasında kommunikasiya və qarşılıqlı əlaqələrin gücləndirilməsi imkanları müzakirə olunub.
Görüş zamanı media nümayəndələri ilə Səfirlik arasında əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı məlumat mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
.
