
Yaponiya Parlamenti Sanae Takaiçini ölkənin ilk qadın baş naziri seçib.
Yenizaman TRT Haber-ə istinadən xəbər verir ki, o, parlamentin 465 yerlik aşağı palatasında keçirilən səsvermədə 237 səslə çoxluğu əldə edib.
Yuxarı palatanın da qərarı təsdiqləməsindən sonra Takaiçi gün ərzində and içərək vəzifəsinin icrasına başlayacaq.
Seçki Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiya (LDP) ilə sağ yönümlü Yaponiya İnnovasiya Partiyası arasında dünən əldə olunan koalisiya razılaşmasından sonra baş tutub.
Yeni hökumətin əsas gündəmini artan yaşayış xərcləri və miqrasiya siyasəti təşkil edəcək. Takaiçinin rəhbərliyi altında Yaponiyanın iqtisadi və sosial siyasətlərində daha milli-mühafizəkar istiqamətə yönələcəyi gözlənilir.
.