Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri hərbi Qospitalda olub. Modern.az saytı xəbər verir ki, Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralanan əsgərlərimiz ziyarət edilib. Əsgərlərimizlə söhbət zamanı Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, "hazırda bütün yaralı əsgərlərimiz həkimlərin yüksək diqqət, qayğılarının əhatəsindədirlər və onlar tezliklə öz sağlamlıqlarına qovuşacaqlar. Bu gün bütün xalqımız Sizinlə fəxr edir, Sizin qəhrəmanlığınızla qürur duyur.
Siz Azərbaycan tarixinin yeni- şanlı tarixini yaradanlar, gələcək zəfərlərimizin ilkinə imza atanlarsınız. Buna görə bütün Azərbaycan xalqı Sizə minnətdardır.” İgid əsgərlərimizlə olan görüş çox səmimi və şən əhval ruhiyyədə davam edib.
Qeyd etmək lazımdır ki, əsgərlərimizin əhval ruhiyyələri çox yüksəkdir və onların hər bir tezliklə sağalıb ordu sıralarına qayıtmaq istəyirlər.
.
