Bizim vəzifəmiz süni inteleüktin imkanlardan faydalanmaqla yanaşı, mövcud riskləri də aradan qaldırmaqdır.
“Bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xüsusilə ciddi problemlərdən biri saxta məzmunun inandırıcı şəkildə yaradılmasıdır: “Bu gün biz bunu “deepfake” adlandırırıq. Səsin surəti yaradıla, video görüntülər saxtalaşdırıla, hər hansı bəyanat isə yanlış olaraq dövlət rəsmisinin adına aid edilə bilər.
Bu hadisə diplomatik ünsiyyətdə danışanın kimliyinin təsdiqlənməsinin nə dərəcədə vacib olduğunu göstərir”.
Nazir müavini vurğulayıb ki, saxta məzmun siyasi gərginliyi artıra, danışıqları poza və beynəlxalq əməkdaşlığa ictimai dəstəyi zəiflədə bilər:
“Hətta saxtakarlıq ifşa edildikdən sonra belə onun yaratdığı etimadsızlıq uzun müddət davam edə bilər. Eyni zamanda süni intellekt zərərli aktorlara daha sürətli və geniş miqyasda kiberəməliyyatlar həyata keçirməyə kömək edir”.
.
