Pekində 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunları üçün biletlər yalnız Çin sakinləri üçün əlçatan olacaq.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bilet almaq istəyənlər daha sonra formalaşdırılacaq koronavirus əleyhinə protokolların tələblərinə riayət etməlidirlər.

Pekin Olimpiadası fevralın 4-dən 20-dək keçiriləcək.

Qeyd edək ki, bu il təşkil edilmiş Tokio Yay Olimpiya Oyunlarında azarkeşlərin iştirakına icazə verilməyib.

.