Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsini müzakirə edib.

Bu barədə Avropa Komissiyası Prezidenti “X”də bildirib.

Onun sözlərinə görə, Ukraynanın təşkilata üzvlüyündən əlavə, sülh razılaşması və Ukraynanın yenidənqurulması ətrafında söhbət aparılıb.

Ursula von der Leyen Avropanın Kiyevə tam dəstəyini ifadə edib və sülhün bərqərar olunması üçün aktiv rol oynamağa davam edəcəyini vurğulayıb.

.