Almaniya yaxın illər ərzində Ukraynaya hər il 9 milyard avro təqdim edəcək.

Ukrayna KİV-ləri verdiyi məlumata görə, bunu Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbeyl Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı bildirib.

"Biz yaxın illərdə Ukraynaya dəstək verməyi, hər il 9 milyard avro xərcləməyi öhdəmizə götürürük, bu, hökumət tərəfindən razılaşdırılıb", - o qeyd edib.

.