Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6482,1 milyon manat vəsait daxil olub.

Bu da proqnoza nisbətən 2064,7 milyon manat və ya 46,7 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 2140,1 milyon manat və ya 49,3 faiz çoxdur.

Qeyd edək ki, həmin vəsaitin 67,6 faizi və yaxud 4381,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1206,0 milyon manat və ya 38,0 faiz çoxdur.

.