ABŞ-nin vitse-prezidenti Cey Di Vens yaxın günlərdə İranla danışıqlar üçün İsveçrəyə getməyi planlaşdırır.

O, bu barədə "Fox News" telekanalının efirində bildirib.

"Mən təxminən yaxın iki gün ərzində yola düşməyi planlaşdırıram", - o deyib.

C.Vens, həmçinin bildirib ki, amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşner artıq İsveçrədədirlər və orada texniki məsələlər üzrə məsləhətləşmələr aparırlar.

Onun sözlərinə görə, tezliklə İrandan olan danışıqçılar komandası da İsveçrəyə getməlidir.

.