ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens amerikalıları noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində Demokratlara deyil, Respublikaçılara səs verməyə çağırıb. O, Demokratları "bir qrup dəli" adlandırıb.
Vens bu barədə cümə axşamı Dallasda Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı danışıb.
“Bəzi siyasi qərarlarımızla razılaşmadığınıza görə bu ölkəni bir qrup dəliyə təslim etməyin. Mən sizdən hər məsələdə mənimlə razılaşmağınızı istəmirəm. Administrasiyanın atdığı hər addımı dəstəkləməyinizi də tələb etmirəm. Amma sizdən [Respublikaçılar] ilə radikallar arasındakı fərqi görməyinizi və ABŞ administrasiyasının son 18 ayda əldə etdiyi nailiyyətləri qəbul etməyinizi xahiş edirəm. Biz çox iş görmüşük və birlikdə mübarizə aparsaq, daha çox iş görə bilərik”, - Vens deyib.
.
