“Bu mərhələ mümkün qədər tez başa çatması, İstanbulda danışıqlar masası qurularaq nəticə əldə edilməsi zəruridir”.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Rusiya-Ukrayna müharibəsi ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.
“Müharibə gəlib çatdığı mərhələdə uzunmüddətli tükətmə müharibəsinə çevrilib. Müharibənin gedişatını dəyişdirəcək heç bir amil olmasa da, proses taktiki qazanclar üzərindən davam edir. Müharibənin daha geniş bir bölgəyə yayılma ehtimalı ilə bağlı müzakirələrin ortaya çıxması, təəssüf ki, daha ağır silahların istifadəsinə başlanacağından danışılması narahatlıq doğurur”, - Çelik əlavə edib.
.
