
İcbari tibbi sığortanın tətbiqindən sonra ölkənin hər yerində əhalinin tibbi xidmətlərə əlçatanlığı artıb.
Bunu Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O qeyd edib ki, hazırda ambulator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələri, anesteziya və digərləri xidmətlər zərfi çərçivəsində qarşılanır.
“Resept əsasında ürək, sonra tənəffüs yolu xəstəlikləri üzrə dərmanların tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur”, - Zaur Əliyev vurğulayıb.
.