Tələbə etirazları çərçivəsində yuxarı sinif şagirdlərinin nümayişlərinə dəstək ifadə etmək və hüquq-mühafizə orqanlarının hərəkətlərini pisləmək məqsədilə Parisdə Luvrun girişi bağlanıb.
Bu barədə Fransa mediası məlumat yayıb.
"Dünyanın ən böyük muzeyinin girişini bağladığımızı qürurla bildiririk", – ziyarətçilər üçün qapılarını aça bilməyən Luvrun yaxınlığında asılmış vərəqədə deyilir.
Luvr sarayının ərazisində yerləşən Luvr Məktəbinin tələbələri də etirazçılara qoşulublar.
Qeyd edək ki, bütün Fransada davam edən etirazlar, eləcə də iğtişaşlar və toqquşmalarla əlaqədar olaraq, baş nazir Sebastyan Lekornyu bu gün qurumlararası böhran mərkəzinin müşavirəsini keçirəcək.
Bir sıra şəhərlərdə artıq komendant saatı elan edilib.
Medianın məlumatına görə, Fransada etiraz aksiyalarının təşkilində iştirak edən koordinasiya qrupu bazar ertəsi aksiyaların ikinci mərhələsinin oktyabrın 24-də və 31-də keçiriləcəyini elan edib.
.
