Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edib.

Lavrov İran rəsmiləri ilə görüş və məsləhətləşmələr aparmaq üçün Tehrandadır.

Rusiya xarici işlər nazirinin Tehran səfəri Tehran-Moskva arasında davamlı məsləhətləşmələr, ikitərəfli razılaşmaların icrasının izlənilməsi, həmçinin regional və beynəlxalq hadisələrin müzakirəsi məqsədi daşıyır.

Səfər çərçivəsində Lavrovun İran Prezidenti Məsud Pezeşkianla da görüşü nəzərdə tutulub.

.