Rusiya ABŞ-da Zelenski ilə görüş təşkil etmək üçün heç bir təklif almayıb.

Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin və Tramp ABŞ-da Zelenski ilə görüşün təşkili imkanlarını müzakirə etməyiblər.

Uşakov bildirib ki, Kreml ABŞ və İran arasında memorandum imzalandıqdan sonra Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Ukrayna ilə bağlı danışıqlar üçün Moskvaya gələ biləcəklərini gözləyir.

Kreml rəsmisi G7 sammitinin Trampın Ankoricdə əldə edilən razılaşmalarla bağlı mövqeyinə təsir göstərə biləcəyini proqnozlaşdırmaqdan çəkindiyini vurğulayıb.

.