ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner Moskvaya əvvəlcədən planlaşdırılan səfərlərini təxirə salıblar.
“Axios” portalının mənbələrə istinadən məlumatına görə, qərar Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Kiyev və Avropa ölkələrinin mövqelərini dəqiqləşdirmək məqsədilə qəbul edilib.
Mənbələrin bildirdiyinə görə, Uitkoff və Kuşner Ukrayna ilə Avropa ölkələrinin Rusiya tərəfinə təqdim ediləcək yeni vahid təklif üzərində razılığa gəlməyə hazır olub-olmadığını müəyyənləşdirənədək Moskvaya səfər etməyəcəklər.
.
