
UEFA “Barselona” klubunun Çempionlar Liqasının ev oyunlarını “Spotify Camp Nou” stadionunda keçirməsinə icazə verib.
Trend-in RAC1-ə istinadən verdiyi xəbərə görə, kataloniyalıların PSJ ilə ilk oyunu bu stadionda olmasa da, növbəti ev oyunlarına artıq yaşıl işıq yanıb.
Qeyd edilir ki, UEFA “Barselona”nın vəziyyətini “xüsusi hal” kimi qiymətləndirərək, klub üçün istisna tətbiq edib.
.