Türkiyə Statistika Təşkilatı (TİK) bu ilin iyun ayı üzrə ölkədə inflyasiya göstəricilərini açıqlayıb.

 TİK xəbər verir ki, iyunda istehlak qiymətləri indeksi ötən ay 4,95% artıb, illik müqayisədə isə 78,62 %-ə yüksəlib. Beləliklə, illik inflyasiya son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

Ən yüksək qiymət artımı nəqliyyat xidmətləri (123,37%), qida və spirtsiz içkilər (93,93%) və məişət avadanlıqlarında( 81,14%) qeydə alınıb.

Ən az qiymət artımı isə rabitə sektorunda müşahidə edilib - 23,74%. 2021-ci ilin eyni dövrünə nisbətən Türkiyədə geyim və ayaqqabı məhsulları 26,99%, təhsil xidmətləri 27,76%, səhiyyə xidmətləri isə 39,34% bahalaşıb.

.