Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha ciddi siyasi kataklizmlərlə bağlı xəbərdarlıq edib.

O, bu barədə “TRT World Forum 2023 - Birgə inkişaf: Məsuliyyətlər, Fəaliyyətlər və Həll Yolları” konfransında danışıb.

“Baş verən proseslər “Dünya beşdən böyükdür” prinsipimizin nə qədər doğru olduğunu bir daha göstərir”, - dövlət başçısı söyləyib.

R.T.Ərdoğan bildirib ki, beynəlxalq təşkilatlar dünyadakı problemlərin qarşısını ala bilmir: “Biz gecikmədən hərəkətə keçməliyik. Əks halda, daha böyük xaosla üzləşəcəyik”.

.