Türkiyənin Batman vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində fahişəliklə məşğul olan 5 əcnəbi qadın saxlanılıb.
ANS TV Türkiyənin "Star" nəşrinə istinadən xəbər verir ki, həkim müayinəsi zamanı azərbaycanlı qadınlardan birinin QİÇS (SPİD) xəstəsi olduğu aşkarlanıb. Azərbaycan və Gürcüstandan olan qadınlar polisə verdikləri ifadədə birlikdə olduqları 170 nəfərin adını çəkiblər. Həmin şəxslərin bəzisinin aşkarlanaraq həkim müayinəsinə cəlb olunduğu bildirilsə də bəzisinin hələ də axtarışda olduğu qeyd edilib.
.
