Azərbaycanda yol-nəqliyyat hadisələrinin 41,1 %-ni piyadavurma təşkil edir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, cari ilin 10 ayı ərzində piyadaların vurulması ilə nəticələnən 384 yol-nəqliyyat hadisəsi qeydə alınıb:
"Bu da respublika üzrə ümumi yol qəzalarının 41,1 %-ni təşkil edir".
İdarədən qeyd olunub ki, təkcə noyabrın 12-də Xəzər, Qaradağ və Ağsu rayonlarında sutkanın qaranlıq vaxtı törədilən qəzalarda 3 piyada həyatını itirib.
DYP həmçinin bunun əsas səbəblərindən biri kimi məsuliyyətsiz sürücü amili ilə yanaşı, hələ də piyadalar arasında yolu istənilən yerdən keçmək alışqanlığı, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması hallarını göstərib.
.
