ABŞ Prezidenti Donald Trampın bu həftə baş tutacaq və analoqu olmayan ikinci dövlət səfəri çərçivəsində Birləşmiş Ştatlar və Böyük Britaniya texnologiya və mülki nüvə enerjisi sahəsində sazişlər imzalayacaqlar.

Bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilir ki, Böyük Britaniya isə bu fürsətdən istifadə edərək çoxdan gözlənilən ticarət razılaşması çərçivəsində polad tarifləri ilə bağlı məsələni yekunlaşdırmağa ümid edir.

Bundan əlavə, Tramp və həyat yoldaşı Melaniya çərşənbə günü keçiriləcək səfərləri zamanı Britaniya krallıq ənənələri ilə qarşılanacaqlar – kral arabasında gəzinti, dövlət ziyafəti, hərbi təyyarələrin uçuş nümayişi və yaylım top atəşi kimi mərasimlər planlaşdırılıb.

.