ABŞ G20 Xarici İşlər Nazirləri Şurasının iclası üçün Atlantaya səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovu müşayiət edəcək jurnalistlərə viza verib.
APA-nın Moskva bürosu xəbər verir ki, rusiyalı jurnalistlər hərəkət məhdudiyyəti olmayan ABŞ vizaları alıblar.
Qeyd edək ki, G20 ölkələrinin XİN başçılarının görüşü oktyabrın 30-31-də ABŞ-də keçiriləcək. İclasda Rusiya XİN başçısı Sergey Lavrov da iştirak edəcək.
.
