Ermənistan parlamentində deputatlar arasında dava düşüb.

Ermənistan mediasının xəbərinə görə, parlamentin iclasında hakim “Vətəndaş Müqaviləsi” partiyası və müxalifət nümayəndələri arasında kütləvi dava baş verib.

Davanın düşməsinə hakim partiyanın deputatı Taron Çaxoyanın çıxışı səbəb olub.

Onun müxalifət nümayəndələrinə qarşı işlətdiyi təhqiramiz ifadələr qarşı tərəfin kəskin reaksiyasına səbəb olub.

Söz atışması bir neçə deputatın iştirakı ilə fiziki qarşıdurmaya çevrilib.

 

.