
Ukrayna prezidenti Volodimir Zelenski Krıma dair iddialarından və ölkənin NATO-ya daxil olması fikrindən əl çəkərək Ukraynadakı münaqişəni demək olar ki, dərhal həll edə bilər.
Bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Ukrayna prezidenti Zelenski istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni bitirə bilərdi, ya da döyüşə davam edə bilərdi. Xatırlayın, hər şey necə başladı. Obamanın 12 il əvvəl atəş açılmadan verdiyi Krımın qaytarılması və Ukraynanın NATO-ya daxil olması mümkün deyil. Bəzi şeylər heç vaxt dəyişmir.", - Tramp, “Truth” hesabında yazıb.
.