ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneiyə cavab verib.
O, bu barədə “Truth Social” hesabında bildirib.
“Çarəsizlikdən görüşən biz yox, İran idi. Onlar tükəniblər. 60 gün müddətini sınaqdan keçirəcəyik. Onların pulu yoxdur, 10 sentləri belə yoxdur”, - Tramp qeyd edib.
Qeyd edək ki, bundan əvvəl İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei ABŞ-ın çarəsizlikdən İranla danışıqlara məcbur olduğunu iddia edib.
Müharibə İranı zəiflədib, heç nələri yoxdur
Müharibə İranı zəiflədib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
Tramp bildirib ki, İranın nə Hərbi Hava Qüvvələri, nə Hərbi Dəniz Qüvvələri, nə də Hava Hücumundan Müdafiə sistemləri və radarları var.
“Ümumiyyətlə, heç nələri yoxdur. Amma bununla belə, Demokratlar deyirlər ki, İran iqtisadi baxımdan dörd ay bundan əvvəl olduğundan daha yaxşı vəziyyətdədir. Bəzi insanlar necə də axmaq ola bilər?”, - Tramp qeyd edib.
.
