ABŞ prezidenti Donald Tramp Venesuela ilə neft ehtiyatlarını ABŞ-ın nəzarətinə verəcək bir saziş bağlandığını açıqlayıb.
Tramp bu barədə öz “Truth Social” hesabında məlumat verib.
"Amerika Birləşmiş Ştatları bu yaxınlarda Venesuela ilə dünya tarixində ən böyük neft sazişi olan bir saziş bağladı. Mənim göstərişimlə dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ilə sıx əməkdaşlıq və özəl müəssisələrlə tərəfdaşlıq edərək, Venesuelanın təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard bareldən çoxunun ABŞ vergi ödəyicilərinə heç bir xərc olmadan ABŞ nəzarətinə köçürülməsini təmin etdilər", - Tramp yazıb.
Tramp bildirib ki, ABŞ bununla öz neft ehtiyatlarını iki qatdan çox artıracaq və bu da ölkədə benzin qiymətini kəskin şəkildə azaldacaq.
.
