ABŞ Prezidenti Donald Tramp hər iki tərəfin böyük itkilərini vurğulayaraq bildirib ki, Rusiya Ukrayna ilə münaqişənin nizamlanmasına dair saziş bağlamalıdır.
Bu barədə o Fransada G7 sammiti çərçivəsində Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşü zamanı bildirib.
Tramp vurğulayıb ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə çox yaxşı görüş keçirib və gün ərzində onunla yenidən danışmağı planlaşdırır.
"Rusiya saziş bağlamalıdır. Onlar çoxlu sayda insan itirib, Ukrayna da həmçinin. Ötən ay onlar ümumilikdə 35 min əsgər itiriblər - bu, aylıq göstəricidir. Orta hesabla onlar təxminən 25 min insan itirirlər, əsasən də əsgərləri, gənc, gözəl insanları və orada baş verənlər dəlilikdir", - Donald Tramp deyib.
O əlavə edib ki, vəziyyəti artıq Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edib.
"Bizim danışıqlarımız olmuşdu və baxacağıq… Mən bazar günü Prezident Putinlə danışmışdım", - o deyib.
Tramp həmçinin qeyd edib ki, Rusiya və Ukrayna liderləri arasında "böyük ədavət" qalmaqdadır.
.
