ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdə əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib və vəziyyətin izlənilməsini istəyib.

O, bu barədə “Truth social” şəbəkəsindəki səhifəsində yazıb.

“Rusiya ilə bağlı əhəmiyyətli irəliləyiş. Bizimlə qalın”, - o yazıb.

O növbəti paylaşımında bildirib : “Mənə gəldikdə yalançı medianın həqiqəti necə qəddarcasına təhrif etməsi inanılmazdır. Onları mənim haqqımda həqiqəti yazmağa və ya xəbər verməyə məcbur etmək üçün deyə biləcəyim və edə biləcəyim heç nə yoxdur. Alyaskada (keçmiş ABŞ prezidenti Cozef) Baydenin axmaq müharibəsi, heç vaxt baş verməməli olan müharibə haqqında əla görüş keçirdim”.

.