ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Senatda onun partiyadaşları (Respublikaçılar) hökumətin maliyyə çatışmazlığı səbəbindən qismən fəaliyyətini dayandırması (şatdaun) ilə bağlı vəziyyəti həll etmək üçün "nüvə variantına" keçməlidirlər.

 Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib.

Paylaşımda bildirilib ki, Demokratlar Partiyasından olan qanunvericilər qanun layihələrinin müzakirəsini və qəbulunu ləngidən ləngitmə ("filibuster") praktikasından istifadə edirlər. ABŞ Konqresinin yuxarı palatasında bir qanun layihəsinin ləngitməni aşması üçün ən azı 60 senatorun dəstəyi tələb olunur. 13 səsvermə raundunun nəticələrinə görə, Senatda hökumətin maliyyələşdirilməsini təmin edən iki qanun layihəsindən heç biri qəbul edilməyib.

"Respublikaçılar artıq "Tramp kartını" oynamağa və "nüvə variantı" adlandırılan addımı atmağa hazır olmalıdırlar – ləngitmədən qurtulun, bunu dərhal edin", - deyə Tramp bildirib.

.