
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampı ailəsi ilə birlikdə Belarusa səfərə dəvət edib.
“Belta” verdiyi məlumata görə, Tramp dəvəti qəbul edib.
Məlumata görə, dövlət başçıları telefon danışığı zamanı ikitərəfli gündəliyə aid məsələləri, regional mövzuları və o cümlədən Ukrayna da daxil olmaqla, “qaynar nöqtələr”dəki vəziyyəti müzakirə ediblər.
Bildirilib ki, tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər.