Hörmüz boğazı açıqdır və İranın cavabı son dərəcə təmkinli olub.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios"a müsahibəsində bildirib.
"Bu lənətə gəlmiş boğaz açıqdır. İranın cavabı çox yumşaq oldu. Bizim yenidən onlara zərbə endirməyimizi istəmirlər. Bütün məsələ bundadır. Qalan heç nəyin əhəmiyyəti yoxdur", - o deyib.
Qeyd edilib ki, gecə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper videomüraciətində bildirib ki, "boğazdakı beynəlxalq səviyyədə tanınmış dəniz marşrutları İranın dəniz minalarından təmizlənib və bu nailiyyəti "mühüm addım" adlandırıb.
.
