Hindistan ABŞ-a tətbiq etdiyi tarifləri sıfıra endirməyi təklif edib.

Bunu ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” hesabında deyib.

“Bizim Hindistanla münasibətlərimiz birtərəflidir. Onlar bizə çoxlu məhsul satırlar, biz isə onlara çox az məhsul satırıq. Bu onilliklər boyu belə olub. Hindistanlılar ABŞ mallarına qoyulan tarifi sıfıra endirməyi təklif ediblər. Amma vaxt gec olur. Bunu illər əvvəl etməli idilər” Tramp qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəll Tramp Hindistan məhsullarına 25 %-lik əlavə tarif vergisi tətbiq etmiş və ABŞ tərəfindən ümumilikdə Hindistana tətbiq edilən tariflər 50 %-ə yüksəlmişdi.

Bu isə iki ölkə arasında gərginliyə səbəb olub.

.