ABŞ İranın son hücumda istifadə etdiyi bütün raketləri zərərsizləşdirib, yalnız bir raketdən başqa.

Bunu ABŞ prezidenti Donald Tramp “Fox News”a açıqlamasında deyib.

O bildirib ki, ABŞ özü bilərəkdən həmin raketin hədəfə dəyməsinə imkan verib.

“Çünki bu raketin elə də mühüm bir yeri vurmasını gözləmirdik”, - ABŞ Prezidenti qeyd edib.

Tramp əlavə edib ki, İran ABŞ nümayəndələri ilə görüşməyə can atır, amma rəsmi Tehranın etibarlılığı sual altındadır.

.