Hollivud aktyoru bir gün ərzində iki oğurluq hadisəsinə məruz qalıb. 

REN TV xəbər verir ki, kino ulduzun təxminən 150 min dollarlıq avtomobili və onunla bərabər bahalı baqajı qarət olunub.

Oğurluq hadisəsi Birminhem şəhərində aktyorun “Mümkün olmayan missiya 7” filminin çəkilişlərində iştirakı zamanı baş verib.

59 yaşlı aktyorun bahalı avtomobili sənətçinin qaldığı hotelin dayanacağında olub.

Avtomobilin qaçırılmasını aktyorun cangüdənləri tərəfindən aşkar edilib və polisə məlumat verilib.

Avtomobilə quraşdırılmış izləmə sistemi sayəsində nəqliyyat vasitəsini tapmaq mümkün olub.

Lakin avtomobilin salonunda olan və dəyəri bir neçə min dollar təşkil edən əşyaları tapmaq mümkün olmayıb.

 

.