Bu gün Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Tarif Şurası verdiyi məlumata görə, Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 200-ə yaxın dərman vasitəsinin qiymətləri də təsdiq edilib.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12 864 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

.