Gələn il Azərbaycanda illik inflyasiyanın tədricən birrəqəmli həddə enəcəyi proqnozlaşdırılır.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazimov bu gün keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, mövsümi amillər bu ay və gələn ay inflyasiyaya azaldıcı təsir göstərə bilər.

Taleh Kazımov həmçinin qeyd edib ki, qlobal iqtisadiyyatın artımı ilə bağlı qeyri-müəyyənliklər yüksək olsa belə tədiyyə balansı baxımından beynəlxalq konyuktur Azərbaycan Respublikasının iqtisadiyyatı üçün əlverişli, müsbət olaraq qalır: "Ticarət şərtlərinin yaxşılaşması şəraitində, xarici ticarət balansı ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bu əsas dünya qiymətlərinin yüksək olması və qeyri-neft ixracının reallaşması ilə izah olunur. Xarici ticarət göstəricilərinin yaxşılaşması ilə yanaşı ölkəyə daxil olan pul baratlarının artırılmasını da müşahidə edirik. Bu da sözsüz ki, tədiyyə balansının artırılmasına səbəb olur. Əsas ticarət tərəfdaşları pul siyasətlərinin sərtləşdirilməsi idxal inflyasiyasını azaldaraq təsir göstərəcəyini müşahidə edirik. Praktiki tədiyyə balansı şəraitində strateji valyuta ehtiyyatlarının artırılması davam edir".

.