ABŞ genişləndirilmiş nüvə çəkindirmə (nuclear deterrence) siyasəti ilə Rusiya, Çin və Şimali Koreyanın hərəkətləri fonunda öz müttəfiqlərinin maraqlarına uyğun vacib vəzifə yerinə yetirir.

"Yonhap" agentliyi xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Seulda "Chey" Araşdırmalar İnstitutunun ev sahibliyi etdiyi tədbirdə NATO-nun Nüvə Planlaşdırma Qrupuna bənzər Cənubi Koreyanın ABŞ ilə nüvə paylaşma siyasətinə ehtiyacı olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

"Düşünürəm ki, bizim genişləndirilmiş çəkindirmə dediyimiz şeyi, yəni NATO müttəfiqlərinin və Cənubi Koreya kimi bəzi NATO tərəfdaşlarının öz nüvə silahlarına malik olmadığını, lakin ABŞ-ın təmin etdiyi nüvə çəkindirməsi ilə əhatə olunduqlarını başa düşmək vacibdir. Nüvə silahlarının yayılmasının qarşısının alınması da elə budur”, - deyə o bildirib.

O, həmçinin nüvə silahları mövcud olduğu müddətdə NATO-nun "nüvə ittifaqı olaraq qalacağını" vurğulayıb və əlavə edib ki, Rusiya, Çin və Şimali Koreyadan gələn nüvə təhdidləri fonunda ABŞ və Fransa da daxil olmaqla NATO müttəfiqlərinin nüvə silahlarından imtina etməsi dünyanı daha təhlükəli hala gətirər.

"Beləliklə, biz düşünürük ki, nüvə silahları mövcud olduğu müddətcə, xüsusən də avtoritar güclərin, Rusiyanın bu silaha sahib olduğunu və onları səfərbər etmək üçün böyük sərmayələr yatırdığını, Çinin silahların sayını artırdığını, həmçinin Şimali Koreyanın etdiklərini gördükcə, o zaman nüvə çəkindirməsinin son dərəcə əhəmiyyətli bir vəzifə olduğu aydındır", - o deyib.

.