Davamlı sülh və sabitlik yolunda mühüm addım olan PKK-nın ləğvi ilə bağlı qərarını alqışlayırıq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında qeyd edilib.

“Bölgədə terror təhlükəsinə son qoymaq üçün ən qısa zamanda praktiki addımların atılmasını gözləyirik. Qardaş Türkiyə rəhbərliyini terrorizmin kökünün kəsilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi və sabitliyin təşviqi istiqamətindəki sarsılmaz öhdəliyinə görə alqışlayırıq”, - qeyd edilib.

Qeyd edək ki, PKK bu gün özünü ləğvetmə qərarını açıqlayıb.

.