ABŞ Prezidenti Donald Tramp mayın 15-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna görüşünü çox vacib adlandırb

Bu barədə Tramp jurnalistlərə açıqlamasında bildirib.

ABŞ Prezidenti bildirib ki, o, Moskva və Kiyev nümayəndələri arasında görüşdən müsbət nəticələr əldə edilə biləcəyinə inanır:
"Cümə axşamı Rusiya və Ukrayna ilə görüş çox vacibdir. Mən bu görüşün baş tutmasında çox israrlı olmuşam. Düşünürəm ki, bu görüşün nəticəsində yaxşı nəsə baş verə bilər".

.