İki gün öncə naməlum şəxs Şri-Lanka prezidentinin kiçik qardaşına balta ilə hücum edib."Trend"-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, prezdentin qardaşı Priyana Sirisena baş nahiyəsindən aldığı xəsarətlərdən dünyasını dəyişib.
Polisin verdiyi məlumata görə, insident Sirisenanın dostu ilə mübahisə etdiyi anda baş verib.
Hücum edən şəxs artıq tutulub, istintaq aparılır..
