Sankt-Peterburqda baş verən partlayışda bir hərbçi ölüb.
Partlayış Kolpinskoye şossesində, "Lenta" mağazasının yaxınlığında baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu avtomobilin altına yerləşdirilib.
Ölən hərbçinin avtomobilin sükanı arxasında olduğu bildirilib. Şahidlərin sözlərinə görə, partlayış dalğası ərazidəki binaların şüşələrini sındıraraq yolun kənarına səpələyib.
.
