Almaniya Kansleri Fridrix Mertsin Rusiya Prezidenti Vladimir Putinlə danışıqları Ukrayna üzrə gələcək danışıqların əsas prinsipləri barədə Əbu-Dabidə razılıq əldə olunduqdan sonra baş tuta bilər.
Bu barədə "The Guardian" nəşrinə Almaniya hökumətinin nümayəndəsi bildirib.
"Əbu-Dabidə biz ümumi prinsiplərlə bağlı anlaşma əldə etdik. İndi bu anlaşma Rusiya prezidentinin diqqətinə çatdırılıb. Bu əsasda danışıqlar baş tuta bilər", - hökumət nümayəndəsi bildirib.
Əbu-Dabidəki ikigünlük danışıqlar Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilib. Tərəflər münaqişənin tənzimlənməsi üzrə mümkün addımları müzakirə ediblər.
Almaniya hökumətinin nümayəndəsi qeyd edib ki, əsas prinsiplər üzrə anlaşma Rusiya ilə deyil, Avropa, ABŞ və Ukrayna nümayəndələri arasında əldə olunub. Onun sözlərinə görə, bu prinsiplər sonrakı danışıqların gedişində nəzərə alınacaq.
.
