
Almaniya səfirinin dəstəklədiyi qrup "Gürcü Arzusu"nun qərargahına hücum edib.
Bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, hadisə Almaniya səfirinin dəstəklədiyi ekstremist qrup tərəfindən həyata keçirilib.
"Dünən Almaniya səfirinin dəstəklədiyi ekstremist qrup "Gürcü Arzusu"nun Tbilisidəki seçki qərargahına və orada olan şəxslərə hücum edib. Yenidən nifrət və zorakılığa yönəlmiş çağırışlar müşahidə olundu. Lakin Almaniya səfirindən bu zorakılığı pisləyən bəyanat eşitmədik," – deyə Papuaşvili sosial şəbəkədə yazıb.
Parlament sədri əlavə edib ki, oxşar hadisələr ictimai gərginliyi artırmağa və siyasi proseslərdə qarşıdurma yaratmağa xidmət edir.
.