Rusiyanın Qərb ölkələrini dağıtmaq niyyəti yoxdur - müstəmləkə gücləri öz-özünə dağılır.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

"Bizim heç bir ölkəni dağıtmaq niyyətimiz yoxdur, onların bir çoxu, müstəmləkə gücləri, öz-özünə dağılır. Çünki onların kölə etdiyi və müstəmləkə olanların getdikcə daha çoxu oyanır, ayağa qalxır və özünüdərk və öz müqəddəratını təyin etmək hisslərini bərpa edir", - deyə Şoyqu vurğulayıb.

Şoyqu dost olmayan qüvvələrin Rusiya Federasiyasının çökdürmək cəhdlərinin dayanmayacağını söyləyib. O, Polşada və Baltikyanı ölkələrdə vəzifəsi ölkəni daxildən məhv etmək olan mütəxəssislərin hazırlanmasını misal gətirib.

.