Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampın ehtimal olunan Çin səfərindən sonra 2026-cı ildə Birləşmiş Ştatlara cavab səfəri edə bilər.

Bu barədə "South China Morning Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, ölkələr Trampın dövlət səfəri ilə bağlı danışıqların son mərhələsindədirlər, bu səfər ehtimal ki, oktyabrın sonu - noyabrın əvvəlində baş tutacaq.   

.