İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri yaydığı bəyanatda ABŞ rəsmilərinin Hörmüz boğazının açıq olması ilə bağlı açıqlamalarına münasibət bildirib.
Bəyanatda qeyd olunub ki, ABŞ rəsmilərinin Hörmüz boğazının açıq olması ilə bağlı açıqlamaları “açıq-aşkar yalandır” və yalnız neft qiymətlərinə nəzarət etmək və ABŞ-ın uğursuzluqlarını ört-basdır etmək məqsədi daşıyır.
SEPAH bildirib ki, İran Silahlı Qüvvələrinin strateji su yoluna nəzarəti tam və qətidir.
Bəyanatda vurğulanıb ki, İranla koordinasiya olmadan keçid etməyə cəhd göstərən bütün gəmilər üçün Hörmüz boğazı “tam güc və yüksək qüdrətlə” bağlı saxlanılır.
SEPAH Hərbi Dəniz Qüvvələri bəyanatda İran xalqını əmin edib ki, bu vəziyyət ABŞ ordusunun İrana qarşı təcavüzkar fəaliyyətinin başa çatmasına və müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsinə qədər davam edəcək.
.
