Ermənistan getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrilir.

Yenizaman Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri İranın İrəvandakı səfiri Xalil Şirqolami mətbuat konfransında deyib.

O xatırladıb ki, “ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb”.

Səfir, həmçinin, TRIPP layihəsinin yaradılması ilə bağlı İranın narahatlığını bir daha dilə gətirib. Diplomatın sözlərinə görə, “Tehran bu təşəbbüsün ABŞ tərəfindən İrana qarşı fəaliyyətlərdə istifadə oluna biləcəyindən ehtiyat edir”.

Səfir qeyd edib ki, İranın bu mövqeyi artıq Ermənistan tərəfinə çatdırılıb və tərəflər “Tramp Marşrutu”nun miqyasını və mahiyyətini anlamaq üçün mövzunu mütəmadi əsasda müzakirə etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, yanvarın 10-dan etibarən İrəvanda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına toplaşan şəxslər rejim əleyhinə təhqiramiz şüarlar səsləndirilir.

.